...

Azərbaycan KfW – yə regionlarda 20 su- elektrik stansiyasının tikintisini maliyyələşdirməyi təklif edib

Energetika Materials 4 Dekabr 2007 18:06 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Bakıya səfəri bu gün başlayan alman inkişaf bankı KfW - in məsləhətçisi Azərbaycanın energetika strukturları ilə regionlarda 20 su- elektrik stansiyasının tikilməsini nəzərdə tutan yeni layihənin müzakirəsinə başlayır. Bu barədə çərşənbə axşamı KfW - nin Bakı ofisinin rəhbəri Natiq Abdullayev məlumat verib. Onun sözlərinə görə, banka "Azərenerji" SC tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırılması təqdim edilib. Layihədə Zaqatala və Beyləqan rayonlarında gücü 1.5 - 2 mVt olan SES - lərin tikilməsi nəzərdə tutulur. 1 mVt gücündə bir SES - in dəyəri 1 mln. dollar qiymətləndirilir. "Əvvəlcə biz stansiyaların gərgin vaxtlarda işini əhaliyə göstərmək üçün kəndlərin yaxınlığında pilot stansiyalar tikməyi planlaşdırırıq. SES-lərin tikilməsinin vacibliyi "Azərenerji"nin üzərindən gərginliyi götürməklə əlaqədardır" - ofis rəhbəri bildirib. Bu, KfW-nin bərpa olunan enerji mənbələri sahəsində ilk layihəsi olacaq. Bank əvvəllər də alternativ enerji istehsalını maliyyələşdirmək arzusunu bildirib, lakin "Azərenerji" şəbəkəsinə qoşulmağa müvafiq qanunvericilik olmadığından, bu təklifdən imtina edib. "Bu gün "Azərenerji" - ni özəl elektrik stansiyalarından elektrik enerjisi almağa məcbur edən qanunverici aktı yoxdur" - Abdullayev bildirib. Bununla əlaqədar olaraq, bank layihələrin reallaşdırılmasına qədər bu məsələləri hökumətlə müzakirə etmək niyyətindədir. Məsləhətçi "Azərenerji" ilə görüşləri Yanacaq və Energetika Nazirliyində keçirəcək.

Xəbər lenti

Xəbər lenti