...

MHBS-ə keçid Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə beynəlxalq reytinq əldə etməyə imkan verəcək - ARDNŞ rəhbəri

Energetika Materials 5 Dekabr 2007 12:43 (UTC +04:00)
MHBS-ə keçid Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə beynəlxalq reytinq əldə etməyə imkan verəcək - ARDNŞ rəhbəri

Azərbaycan, Bakı / Trend müxbir A.Bədəlova/ ARDNŞ prezidenti ABŞ-ın İnkişaf Agentliyinin baş iqtisadi müşaviri, professor Arnold Harbergeri ilə görüşündə bildirib ki, 2008-ci il yanvarın 1-dən Dövlət Neft Şirkətinin Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçidi planlaşdırılır ki, bu tədbir gələn il ARDNŞ-də beynəlxalq auditin keçirilməsinə və şirkətin beynəlxalq reytinq qazanmasına imkan yaradacaqdır.

Hazırda ARDNŞ "PricewaterhouseCoopers" konsaltinq şirkəti ilə Mühasibat Hesabatlarının Beynəlxalq Standartlarına keçid layihəsini reallaşdırır. ARDNŞ və konsaltinq şirkəti arasında müqavilə imzalanıb ki, müqavilədə tələb olunan metodologiyanın işlənib hazırlanması, əməkdaşlar üçün kursların keçirilməsi, eləcə də 2007-ci il üçün biznes-proseslər və MHBS üzrə hesabatların hazırlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti