...

Azərbaycan neftinin qiyməti qalxıb

Energetika Materials 12 Dekabr 2007 18:32 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A. Bədəlova/ CİF Augusta neftinin qiyməti dekabrın 11-də $89,38/barr təşkil edib. Çərşənbə günü artıq 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən verilən məlumatda deyilir ki, çərşənbə axşamı neftin qiyməti bazar ertəsi ilə müqayisədə $0,05/barr. qalxıb.

Azeri Light növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa boru kəməri ilə Gürcüstanın Supsa limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır. Ötən ilin sonuna qədər neft, həmçinin, "Bakı-Supsa" kəməri vasitəsilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən verilən məlumata görə, FOB Ceyhan neftinin qiyməti dekabrın 11-də $87,93/barr təşkil edib, bu isə ötən qiymətdən $0,33/barr azdır.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URAL növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URAL şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

URALS neftinin qiyməti dekabrın 11-də $83,63/barr təşkil edib, bu isə ötən qiymətdən $0,1/barr azdır.

Şimal dənizində hasil olunan neftin etalon Brent Dated növünün qiyməti dekabrın 11-də $88,12/barr təşkil edib, bu isə ötən qiymətdən $0,05/barr azdır.

Xəbər lenti

Xəbər lenti