...

Yanvar-noyabr ayları ərzində Azərbaycanın daxili bazarında neft məhsullarının satışı aşağı düşüb

Energetika Materials 18 Dekabr 2007 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, yanvar-noyabr ayları ərzində Azərbaycanın daxili bazarına realizəyə 3,55 mln. ton neft məhsulları göndərilib və bu göstərici ötən ilin analoji dövrünün göstəricisindən 4% azdır.

Neft məhsulllarının ümumi həcminin 718,6 min tonu avtomobil benzininin payına düşüb və bu, 2006-cı ilin analoji dövrünün göstəricisindən 11% çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 markalı avtomobil benzinin topdansatış qiyməti 670 AZN, A-95 markalı benzinin qiyməti 736 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr ayları ərzində Azərbaycanın "Azpetrol" şirkəti realizəyə 6 min ton avtomobil benzini, "LUKoil" isə, 125,7 min ton avtomobil benizini əldə edib.

Yanvar-noyabr ayları ərzində daxili bazarda 645 min ton dizel yanacağı satılıb, bu 2006-cı ilin yanvar-noyabrayı ilə müqayisədə 2,8% azdır. Daxili bazarda dizel yanacağının 1 tonunun topdansatış qiyməti 48 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, "Azpetrol" 239,9 min ton, "LUKoil" 73,53,4 min ton dizel yanacağı əldə edib. Xəzər Dəniz Gəmiçiliyi 15,48min ton dizel yanacağı, mühərrik yanacağının isə, demək olar ki, bütün həcmini əldə edib.

Daxili bazarda yanacaq mazutu digər yanacaq növləri ilə müqayisədə daha çox reallaşıb. Yanvar-noyabr ayları ərzində 1570,1 min ton mazut satılıb ki, bu da 2006-cı ilin analoji dövru ilə müqayisədə 7,8% azdır. Azərbaycanın daxili bazarında M-40 markalı mazutun topdansatış qiyməti 100 AZN təşkil edir. Statistika Komitəsinin məlumatına görə, "Azerenerji" SC 1 mln. ton mazut əldə edib.

Bu dövr ərzində 433,7 min ton həcmində aviasiya kerosini satılıb, bu, 2006-cı ilin analoji dövrünün göstəricisindən 7,8% azdır. Azərbaycanın daxili bazarında 1 ton aviasiya kerosinin qiyməti 307 AZN təşkil edir. AZAl Dövlət Konserni 406 min ton aviasiya kerosini əldə edib.

Yanvar-noyabr ayları ərzində daxili bazarda 146,2 min ton neftbitum satılıb, bu, 2006-cı ilin yanvar-noyabr aylarının göstəricisindən 11,8% çoxdur. Azərbaycanın daxili bazarında BN 60-/90 markalı 1 ton bitumun qiyməti 160 AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti