...

Dövlət Gömrük Komitəsi yanvar-noyabrda Azərbaycan Dövlət Neft Şirkətinin neft və neft məhsulları yüklərinin ixracının həcmini açıqlayıb

Energetika Materials 26 Dekabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi (MİƏİ) 2007-ci ilin yanvar-noyabrında 4.92 mln. ton neft və 2.58 mln. ton neft məhsulları ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat verib. Azərbaycanın Dövlət Neft Şirkəti öz vəsaitləri hesabına 50-dən artıq yataqdan neft hasil edir. Neft məhsulları, ümumi gücü ildə 20 mln. ton neft emalı olan iki Bakı NEZ-də istehsal olunur. ARDNŞ nefti Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Novorossiysk boru kəməri vasitəsilə satır. Gömrük Komitəsinin məlumatlarına görə, yanvar-noyabrda AZERİSTAR şirkəti tərəfindən Azərbaycandan 28.95 min ton, Az Trans Reil-37.83 min ton, Sumgait Asgarlar-25.56 min ton neft məhsulları ixrac olunub.

Xəbər lenti

Xəbər lenti