...

Azərbaycan neftinin qiymətləri: 7-11 yanvar həftəsinin yekunları

Energetika Materials 14 Yanvar 2008 14:50 (UTC +04:00)
Azərbaycan neftinin qiymətləri: 7-11 yanvar həftəsinin yekunları

Azərbaycan, Bakı, 14 yanvar/ Trend , müxbir A.Bədəlova/ 7-11 yanvar həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanları vasitəsilə satdığı AZERİ LT (CİF) növlü neftinin orta qiyməti $95,07/bar olub.

7-11 yanvar həftəsində AZERİ LT-nin maksimal qiyməti $97,31/bar, minimal $92,51/bar təşkil edib.

Azeri Light-ın APİ üzrə qatılığı 34.6 dərəcə təşkil edir. Kükürdün miqdarı 0.14%-dir.

7-11 yanvar həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti $90,06/bar təşkil edib. 7-11 yanvar həftəsində URALS-ın maksimal qiyməti $93,87/bar, minimal qiyməti isə $87,09/bar olub.

URALS-ın APİ üzrə qatılılığı 32 dərəcə təşkil edir. Kükürdün miqdarı 1.3%-dir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibindəki daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq bu neftin spesifik xüsusiyyətləri dəyişir.

7-11 yanvar həftəsində Brent Dated növünün orta qiyməti $94,29/bar təşkil edib.

Ötən həftə Brent-in bir barrelinin maksimal qiyməti $96,75/bar, minimal qiyməti isə $91,28/bar təşkil edib.

Brent Dated-in qatılığı APİ üzrə 38.3 dərəcə təşkil edir. Kükürdün miqdarı isə 0.36%-dir.

Xəbər lenti

Xəbər lenti