...

Azərbaycan sutkada 70 mln. kVt/s-dan çox elektrik enerjisi istehsal edir

Energetika Materials 23 Yanvar 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir S.Əliyev/ Azərbaycanda sutkada təxminən 73-74 mln. kVt/s elektrik enerjisi istehsal olunur. Bu barədə çərşənbə günü "Azərenerji" SC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat verib.

Onun sözlərinə görə, bu gün respublikadakı elektrik stansiyaları həm mazut, həm də qazla işləyir. Yanacaq təchizatı normal rejimdə həyata keçirilir.

2007-ci ildə Azərbaycanda 21,4 mlrd. kVt/s elektrik enerjisi istehsal olunub. Bu rəqəm 2006-cı ildə 23,8 mlrd. kVt/s təşkil edib. Elektrik enerjisi istehsalının azalması abonentlərə elektrik sayğaclarının quraşdırılması və regionların qazla təminatı ilə bağlıdır.

Ötən il istehsal olunan elektrik enerjisinin ümumi həcmindən istilik elektrik stansiyalarının payına 19 mlrd. kVt/s, su elektrik stansiyalarının payına isə təxminən 2,4 mlrd. kVt/s elektrik enerjisi düşür.

Xəbər lenti

Xəbər lenti