...

Rusiya Xəzərin qoruq zonasında neft-qaz yataqlarının işlənməsinə tələblər qoyacaq

Energetika Materials 14 Fevral 2008 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral/ Trend , müxbir C.Babayeva/ Rusiya Federasiyası Xəzərin ekoloji vəziyyətindən son dərəcə narahatdır. Bu barədə cümə axşamı RF-nin Təbii Ehtiyatlar Nazirliyinin ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasəti departamenti şöbəsinin rəisi Tatyana Malaşkeviç "Xəzərin ekologiyası:problemlər və həllər" mövzusunda Xəzər dənizin problemlərinə həsr olunmuş Bakı-Moskva video körpüsü zamanı məlumat verib.

Malaşkeviçin sözlərinə görə, Xəzərin bütün ekoloji problemlərinin həlli böyük vəsait tələb edir.

"Bizim səylərimiz analitiklər üçün məlumat bazasının toplanılması məqsədilə ekspert və maliyyə potensialının birləşdirilməsinə yönəlib",-o bildirib.

Onun sözlərinə görə, bu il nazirlik Xəzərin qoruq zonasında neft-qaz yataqlarının işlənməsinə daira hökumətin qərarları və xüsusi ekoloji tələb sənədləri buraxmağa başlayacaq.

"Belə kompleks tədbirlər hüquqi baza almalıdır və dekabrda bu tələblər nazirlik tərəfindən təsdiqlənəcək", - Malaşkeviç qeyd edib.

Məqalə müəllifinin ünvanı: jamila

Xəbər lenti

Xəbər lenti