...

Azərbaycan və Liviya enerji əməkdaşlığına dair razılıq əldə ediblər.

Energetika Materials 21 Fevral 2008 15:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan və Liviya enerji əməkdaşlığı barədə razılıq əldə ediblər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tripoliyə səfəri zamanı Liviyanın baş naziri Əl-Bağdadi Əli əl-Məhmudi və bu ölkənin Milli Neft Şirkətinin rəhbəri Şükri Muhamməd Qxan ilə görüşləri zamanı bu sahədə əməkdaşlığa maraq ifadə olunub.

Azərbaycan XİN-nin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, tərəflər əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Baş nazirlə görüşdə təhsil, səhiyyə, turzim kimi sahələrdə əməkdaşlıq məsələləri də müzakirə olunub.

Qarşılıqlı investisiya yatırılması imkanlarının öyrənilməsi və ikiqat vergitutmadan yayınmaya dair münqavilənin imzalanması barədə razılıq əldə olunub.

Hər iki ölkə hökuməti iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətə başlamasının zəruri olduğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti