...

Qazaxıstanın Energetika Nazirliyi və "KazMunayqaz" Xəzərin şimal hissəsində neft yatağına dair müqavilə imzalayıblar

Energetika Materials 27 Fevral 2008 17:52 (UTC +04:00)

Qazaxıstan, Astana, 27 fevral / Trend , müxbir K.Konırova / Çərşənbə günü Qazaxıstanın Energetika və Mineral Sərvətlər Nazirliyi və "KazMunayqaz" MŞ SC, "Jambıl" Xəzərin şimal hissəsi üzrə karbohidrogen xammalının kəşfiyatının aparılmasına dair müqavilə bağlayıblar, - Astanadan Trend ın xüsusi müxbiri bildirir.

"Kəşfiyyat işlərinin başlanması haqqında söz getdiyindən, 120-130 mln. ton neft qiymətldəndirilən həmin sahənin ehtiyat rəqəmlərini demək olar", - bu barədə jurnalistlərin suallarına cavab verən Energetika Nazirliyin rəhbəri Sauat Mınbayev bildirib.

"Jambıl" sahəsi Xəzər şelfinin şimal hissəsində dörd-doqquz m dərinlikdə, Aktau limanında 180 km - də yerləşir.

"Gələcəkdə "KazMunayqaz"ın yeraltı sərvətdən istifadə etmək hüququnun 73 faizini törəməsinə və 27 faizini Koreya tərəfinə verəcəyi güman edilir", - Mınbayev deyib.

Jurnalistlərin suallarına cavab verərək, nazir dəqiqləşdirib ki, 73 faiz "KazMunayTeniz" törəmə şirkətinə və 27 faiz Koreya milli neft Korporasiyanın (KNOC) tərkibinə daxil olduğu Koreya Konsorsiumuna veriləcək.

Brifinqdə iştirak edən "Kazmunayqaz" MŞ SC-nin prezidenti əlavə edib ki, kəşfiyyat işlərinin aparılmasına planlaşdırılan investisiya həcmi $41 milyon təşkil edir.

"Qaydalara əsasən, kəşfiyyat müddəti altı ildir", - milli şirkətin başçısı dəqiqləşdirib.

Xəbər lenti

Xəbər lenti