...

Bolqarıstan Azərbaycandan 1 mlrd. kub.metr qaz ala bilər

Energetika Materials 10 Mart 2008 23:31 (UTC +04:00)
Bolqarıstan Azərbaycandan 1 mlrd. kub.metr qaz ala bilər

Azərbaycan, Bakı. 10 mart. / Trend müxbir A.İsmaylova / "Mən Bakıya Azərbaycan və Bolqarıstan dövlətləri iştirak etdikləri Nabucco layihəsi üzrə işləri fəallaşdırmaq tapşırığı ilə gəlmişəm". Bunu bazar ertəsi Bakıda səfərdə olan Bolqarıstan prezidenti Georqi Pırvanov dedi.

O əlavə etdi ki, bu qaz borusunun böyük bir hissəsi gələcəkdə Azərbaycanın resursları ilə doldurula bilər.

Pırvanovun sözlərinə görə, Bolqarıstan Azərbaycandan qaz almağa hazırdır: "Biz Türkiyə və Yunanıstan ərazilərindən keçən boru kəmərləri vasitəsi ilə 1 mlrd. kub. metr Azərbaycan qazı ala bilərik".

Bolqarıstan həmçinin Azərbaycanın Burqas-Aleksandropolis layıhəsinə aktiv qoşulmasını istəyir, Pırvanov deyib.

Bolqarıstan prezidenti iki ölkə arasında iqtisadi, o cümlədən dəmir yol sahəsində, əməkdaşlığın inkişafınının vacibliyini qeyd etdi. O sentyabr ayına kimi Azərbaycan və Bolqarıstan arasında birbaşa aviareysin təşkil edildiyini bildirdi.

Xəbər lenti

Xəbər lenti