...

Azərbaycanda neft koksu istehsalı yeddi dəfə artıb

Energetika Materials 11 Mart 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / " / Cari ilin yanvar-fevral aylarında "H.Əliyev adına"

neftayırma zavodu (keçmiş "Azərneftyanacaq") ötən 2007-ci ilin analoji aylarında istehsal olunan 2,6 min tona qarşı 17,97 min ton neft koksu istehsal edib. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.

ARDNŞ-dan bildirilib ki, 2007-ci il üçün neft koksu istehsalı proqnozlaşdırılmasa da, keçən ilin yanvar-fevral aylarında az miqdarda koks istehsal olunub. Mart ayında koks istehsalı dayandırılıb, aprel ayında isə yenidən bərpa olunub. Nəticədə istehsalın ümumi həcmi 85 min ton təşkil edib.

2006-cı ildə istehsal 67,24 min ton olub. 2005-ci ildə müəssisədə neft koksu istehsal edilməyib. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçısı Rusiyanın alüminum zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti