...

"Bakielektrikşəbəkə"qəzalı yarıımstansiyadan elektik enerjisi tədarükünü bərpa edib

Energetika Materials 13 Mart 2008 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.Əliyev/ "Bakielektrikşəbəkə" ASC (Bakı elektrikpaylayıcı şəbəkəsini idarə edir) "Sallaqxana-1" yarımstansiyasında baş verən qəzanın nəticələrini tam aradan qaldıb. Çərşənbə günü baş verən qəza nəticəsində paytaxtın Yasamal rayonunda elektrik enerjisi ötürülməsi müvəqqəti olaraq dayandırılıb. Bu barədə cümə axşamı SC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Mustafayev bildirib ki,bu, köhnə 10-kilovoltluq paylayıcı avadanlığın yükləndiyindən baş verib. "Hazırda avadanlıqla bağlı bütün problemlər tamamilə həll edilib və elektrik enerjisi verilişi əvvəlki qaydada bərpa olunub", - deyə Mustafayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti