...

ARDNŞ-ın iştirak etdiyi alyans mayın ortalarına qədər Türkiyə neft-kimya holdinqinin səhmlərini əldə edəcək

Energetika Materials 29 Mart 2008 15:19 (UTC +04:00)
ARDNŞ-ın iştirak etdiyi alyans mayın ortalarına qədər Türkiyə neft-kimya holdinqinin səhmlərini əldə edəcək

Azərbaycan, Bakı, 29 marta / Trend / Mayın 7-nə qədər Socar/Turcas Petrol/Injaz Projects şirkətlər alyansı Türkiyənin "Petkim" neft-kimya holdinqinin səhmlərinin 51 faizini əldə edəcək. Bu barədə Türkiyə KİV-nə "Turcas"ın Direktorlar Şurasının sədri Erdal Aksoy məlumat verib. Aksoy bildirib ki, payın müəssisəyə ödəmə forması aprelin 14-də məlum olacaq. Alyans 51 faizlik səhm paketi üçün 2,04 mlrd. dollar təklif edib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) şənbə günü verilən məlumata görə, martın əvvəlində Türkiyə məhkəməsi bu ölkənin neft sənayesi işçilərinin həmkarlar ittifaqının "Petkim"in 51 faizinin Socar/Turcas Petrol/Injaz Projects alyansı tərəfindən əldə edilməsi üzrə sövdələşmənin blokada edilməsinə istiqamətlənmiş iddiasını rədd edib.

"Sövdələşmənin həyata keçirilməsi üçün heç bir maneə yoxdur, o yaxın zamanlarda başa çatdırılacaq" - deyə ARDNŞ-dan bildiriblər.

Aksoy bildirib ki, şirkətlər alyansı yeddi-səkkiz il ərzində müəssisəyə 10 mlrd. dollar investisiya yatırmaq niyyətindədir. Müəssisənin bazasında kömür və qazla işləyən iki elektrik stansiyası tikiləcək.

SOCAR/Turcas/Injaz-ın "Petkim"in istehsal gücünün təkmiləşdirilməsinə yatıracağı investisiya bu müəssisənin Türkiyə bazarındakı payını əvvəlki 27 faizdən 40 faizə qədər artıracaq. Hazırda Türkiyə 75 faizə qədər lazımi kimya məhsulları idxal edir. SOCAR/Turcas/Injaz-ın "Petkim"in inkişafına yönələn investisiyaları isə məhsul idxalının 30 faizə qədər azalmasına imkan yaradacaq. Türkiyə bazarında kimya məhsullarına olan tələbat artımı hər il 12 faizə qədər təşkil edir.

ARDNŞ-da hesab edirlər ki, investisiyalar beş-altı il müddətinə ödənə bilər və hər şey bazardakı vəziyyətdən asılı olacaq.

SOCAR/Turcas/Injaz Türkiyədə "Petkim"in bazasında kimya müəssisəsinin xammal ilə təminatı üçün NEZ tikmək niyyətindədir. NEZ-də emal gücü təxmini olaraq ildə 6 mln. ton təşkil edəcək.

"Petkim" plastik qablar, parça, polivinil xlor, yuyucu vasitələr istehsal edir. O, Türkiyədə bu kimi məhsullar istehsal edən yeganə istehsalçıdır və məhsulun dörddə birini ixrac edir.

Xəbər lenti

Xəbər lenti