...

ARDNŞ qazma həcmini artırıb

Energetika Materials 2 Aprel 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir E.İsmayılov/ Cari ilin birinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) (Birgə müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) 2007-ci ilin yanvar-mart ayları üzrə 47 419 metr ilə müqayisədə 54 928 metr qazma işi aparıb. Bu barədə ARDNŞ-nin çərşənbə günü yayılan məlumatında bildirilir. Qazmanın ümumi həcmindən 53112 metr istismar, 1816 metr isə kəşfiyyat qazımalarının payına düşüb.

Şirkətin məlumatında bildirilir ki, 2008-ci ilin mart ayında ARDNŞ 19 823 metr həcmində qazma işi həyta keçirib. Bu göstərici ötən il 17 050 metr təşkil edib.

Cari ilin mart ayı ərzində istismar qazmalarının həcmi 19 339 metr təşkil edib. Bu göstərici 2007-ci ildə 15 933 metr olub. Kəşfiyyat qazmaları 2007-ci ildəki 1117 metrə nisbətdə 484 metr təşkil edib.

Xəbər lenti

Xəbər lenti