...

Azərbaycan neftinin qiyməti azalıb

Energetika Materials 29 Aprel 2008 18:18 (UTC +04:00)
Azərbaycan, Bakı, 29 aprel / , müxbir A.Bədəlova/ Aprelin 28-də CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $118,39/barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə axşamı verilən məlumatda deyilir ki, bazar ertəsi neftin qiyməti cümə günü ilə müqayisədə $0,36/barel azalıb."Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.ARNDŞ-dan bildiriblər ki, aprelin 28-da FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $116,9/barel təşkil edib və bu əvvəlki qiymətdən $0,03//barel azdır.Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır. Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır. Aprelin 28 -da Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $109,1//barel təşkil edib və bu əvvəlki qiymətdən $0,63/barel azdır.Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Aprelin 28 -da "Brent Dated" neftinin bir barelinin qiyməti $115,99/barelə çatıb və əvvəlki qiymətdən $0,5//barel az olub.
Xəbər lenti

Xəbər lenti