...

ARDNŞ-ın istismar quyuları fondu ötən ilə nisbətdə azalıb

Energetika Materials 6 İyun 2008 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 iyun / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) istismar quyuları fondu (Birgə müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) iyunun 1-nə olan məlumata görə, 6068 ədəd təşkil edib ki, bu da 2007-ci ilin analoji dövr göstəricisindən (Ötən ilin 1 iyununda 6158 ədəd) 90 quyu azdır. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir.

Quyuların ümumi həcmindən 4828 (Ötən il iyunun 1-i üçün 4893 ədəd) quyu fəaliyyətdə olan, 1224 quyu isə (Ötən il iyunun 1-i üçün 1253 ədəd) fəaliyyətdə olmayan fondda yerləşir. On altı quyu (Ötən il iyunun 1-i üçün 12 ədəd) mənimsənilmə mərhələsindədir.

Xəbər lenti

Xəbər lenti