...

1500 - cü tanker XBK üzrə çatdırılan neftlə yüklənib

Energetika Materials 29 İyul 2008 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend / İyulun 28 - də, bazar ertəsi Novorossiysk yaxınlığında Xəzər Borukəməri Konsorsiumunun (XBK) Dəniz Terminalında min beş yüzüncü tankerin neftlə yüklənilməsi başa çatıb. Bu barədə XBK-nın mətbuat mərkəzinin məlumatında deyilir.

XBK terminalında birinci tanker 2001- ci il oktyabrın 13 - də yüklənib. İstismarı ərzində XBK neft kəməri sistemi üzrə 160 mln. tondan çox və ya 1 mlrd. 250 mln. barel xam neft ixraca göndərilib.

XBK Qərbi Qazaxıstanın yataqlarını Qara dənizin Rusiya sahili ilə birləşdirir. 2004 - cü ildən Krasnodar diyarında Kropotkinsk neftötürmə stansiyasında (NÖS) Rusiya nefti də sistemə daxil olur.

XBK boru kəməri ən müasir mühəndis həlləri və texnologiyalarının tətbiqi ilə tikilmiş avtomatlaşdırılmış və etibarlı neft nəqli sistemidir. Müəssisə daim özünün istehsal obyektlərini təkmilləşdirir. Hazırda Konsorsium özünün neft kəməri sisteminin infrastrukturunun müasirləşdirilməsi üzrə bir sıra layihələri reallaşdırır. Bu layihələr ekoloji göstəricilərin yaxşılaşdırılması, onun avadanlıq və sistemlərinin daha etibarlı və səmərəli işinin təmin edilməsinə yönəlib. Xüsusilə də, neft kəmərinin Qazaxıstan ərazisindəki başlanğıc hissəsi yenidən qurulur, Kropotkinsk NÖS nasoslarının güc qurğularının qaz yanacağına keçirilməsi üzrə iş aparılır, Dəniz Terminalının xarici elektrik təchizatı layihəsi işlənilir.

XBK-nin səhmdar kapitalı təsisçi dövlətlər və özəl neft şirkətləri arasında bərabər şəkildə paylanılıb. XBK- da təsisçi hökumətlərin iştirak payları aşağıdakı kimidir: - Rusiya - 24 faiz, Qazaxıstan - 19 faiz, Oman Sultanlığı - 7 faiz. Konsorsiumun iştirakçıları olan özəl neft şirkətləri arasında - Chevron Caspian Pipeline Consortium Company - 15 faiz, LUKARCO B.V. -12,5 faiz, Rosneft-Shell Caspian Ventures Limited - 7,5 faiz, Mobil Caspian Pipeline Company - 7,5 faiz, Agip International (N.A.) N.V. - 2 faiz, BG Overseas Holding Limited - 2 faiz, Kazakstan Pipeline Ventures LLC - 1,75 faiz və Oryx Caspian Pipeline LLC - 1,75 faiz.

Xəbər lenti

Xəbər lenti