...

Azərbaycan neftinin qiyməti aşağı düşüb

Energetika Materials 31 İyul 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul / Trend , müxbir A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyulun 30- da qiyməti 1 barel üçün 123,98 dollar təşkil edib. 1997- ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barel üçün 0,07 dollar azalıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ -dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyulun 30-da qiyməti 1 barel üçün 122,49 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar çoxdur.

Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyulun 30-da URALS neftinin qiyməti dəyişilməz qalıb və 1 barel üçün 116,58 dollar təşkil edib.

Şimal dənizindən hasil edilən Brent Dated neftinin iyulun 30-da qiyməti 1 barel üçün 122,5 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,08 dollar azdır.

Xəbər lenti

Xəbər lenti