...

ARDNŞ iyulda Gürcüstana 35,4 milyon kubmetr qaz tədarük edib

Energetika Materials 6 Avqust 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 avqust / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin aprel-iyul aylarında Gürcüstana təqribən 123,5 mln. kubmetr qaz ixrac edib. Bu barədə ARDNŞ -dən məlumat verilib. İyulda ixrac həcmi 35,4 mln. kubmetr qaz təşkil edib. Gürcüstana qaz tədarükü aprel ayında başlanıb.

Sutkada Gürcüstana təqribən 1,2 - 1,5 mln. kub metr qaz tədarük olunur. 2007-ci ildə Azərbaycan Gürcüstana qazın 1000 kubmetrini 120 dollara ixrac edirdi. Bu il isəqazın 1000 kub metrinin 180 -190 dollaradək artacağı gözlənilir. ARDNŞ öz yataqlarından hasil etdiyi şəxsi qaza malikdir.

May ayında ARDNŞ İrana 30 mln. kub metr şəxsi qaz tədarük edib. İxrac "Azəriqaz" QSC -nin boru kəmərləri vasitəsilə həyata keçirilir. İrana qazın 1000 kub metri 300 dollara tədarük olunur.

Azərbaycan və İranı 1474,5 km uzunluğunda, o cümlədən 296,5 km-i Azərbaycan ərazisindən keçən Qazıməmməd - Astara - Bind-Biand qaz kəməri birləşdirir. Onun nəql gücü ildə 10 mlrd. kub metr təşkil edir. Bu marşrut 1971- ci ildə istifadəyə verilən Qazax -Astara-İran boru kəmərinin qoludur. Onun yolunda - Qazıməmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyat sistemi 55 atmosfer təzyiqi üçün nəzərdə tutulub. Boru kəmərinin diametri 1200 mm-dir.

Xəbər lenti

Xəbər lenti