Azərbaycan, Bakı, 07 avqust / Trend / Cari ilin yanvar-iyul aylarında Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (Keçmiş "Azneftyanacaq") 104,7 min tondan çox neft koksu istehsal olunub. Bu göstərici 2007-ci ilin yanvar-iyulunda təqribən 27,7 min tona (3,8 dəfədən çox) bərabər olub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib.
Ötən il neft koksu istehsalının ümumi həcmi 85 min ton təşkil edib.
2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.