...

Gürcüstanın Azərbaycandakı səfirliyi Rusiya qoşunlarının Bakı –Tbilisi -Ceyhan boru kəmərinə zərbə endirdiyini bəyan edir

Energetika Materials 13 Avqust 2008 19:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust/ Trend / Gürcü-osetin münaqişəsi zamanı Rusiya qoşunları Bakı -Tbilisi - Ceyhan (BTC) boru kəmərini atəşə tutmaq üçün "İskander" raket sistemindən (qərb təsnifatında - SS26) istifadə ediblər. Bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin çərşənbə günü yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, Gürcüstanın Tsxinvali, Qori, Kareli və Kaspi şəhərlərinin bombardmanı zamanı da belə raket sistemindən istifadə edilib.

Bİr müddət əvvəl Rusiya ordusunun Baş Qərargah rəisi müavini Anatoli Noqovitsın "RİA Novosti" informasiya agentliyində mətbuat konfransı zamanı bildirib ki: "Heç kəs Bakı -Tbilisi-Ceyhan boru kəmərinə zərbə endirməyib". Onun sözlərinə görə, təcrübə göstərir ki, boru kəmərlərində partlayışlar humanitar fəlakəti daha da dərinləşdirir.

Hazırda Bakı -Tbilisi - Ceyhan boru kəməri üzrə neft nəqli yaranmış yanğına görə dayandırılıb. Lakin bu hadisə gürcü - osetin münaqişəsi zamanı fəal hərbi əməliyyatların başlamasınadək baş verib.

BTC neft kəmərinin ümumi uzunluğu 1768 kilometrdir; 443 km - Azərabaycan, 249 - Gürcüstan, 1076 km - Türkiyə ərazisindən keçir. Boru kəmərinin tikintisi 2003 - cü ildə, onun neftlə doldurulması isə, 2005-ci il mayın 18 - də başlayıb.

BTC-nin tikintisi $4 mlrd. başa gəlib. Bu tikinti işləri, boru kəmərinin doldurulmasına çəkilən xərclərdir. Maliyyə xərcləri və bank faizlərinin ödənilməsi bura daxil deyil. Ümumi maliyyə kreditinin məbləği $2,6 mlrd. təşkil edir. BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz ); Statoil (8,71 faiz ); TRAO (6,53 faiz ); Eni (5 faiz ); Total (5 faiz ); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz ); ConocoPhillips (2,50 faiz ) və Amerada Hess (2,36 faiz ).

Xəbər lenti

Xəbər lenti