...

ARDNŞ ilin sonunadək 120 quyu qazacaq

Energetika Materials 5 Sentyabr 2008 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 sentyabr / Trend / Azərbaycan Dövlt Neft Şirkətinin (ARDNŞ) "Kompleks qazma işləri" Tresti ilin sonunadək 120 quyu qazmağı planlaşdırır. Bu barədə rəsmi mətbuatda bildirilir.

Trest bu il əvvəllər planlaşdırılan 156 877 metr ilə müqayisədə 180 000 metr həcmində qazma işi həyata keçirmək niyyətindədir.

Trest tərəfindən cari ilin yanvar-avqust aylarında 97 quyu istifadəyə verilib. Bu dövr ərzində qazma işlərinin həcmi əvvəllər planlaşdırılan 110 498 metrə nisbətdə 125 226 metr təşkil edib.

ARDNŞ-in "Kompleks qazma işləri" Tresti 2007-ci il martın 7-də yaradılıb.

Xəbər lenti

Xəbər lenti