Azərbaycan, Bakı, 11 sentyabr / Trend / Azərbaycanın Qusar rayonunda yeni elektrik stansiyanın tikilməsi layihəsi çərçivəsində MDB-də ilk dəfə olaraq yeraltı elektrik yarımstansiya tikiləcək, - cümə axşamı "Azərenerji" SC-nin yaydığı məlumatda deyilir. Yeni yarımstansiyanın gücü 110/35/10-kilovoltdur.
104 MVt güclü və 12 aqreqatdan ibarət yeni stansiya "Şahdağ" dağ xizəyi idman kompleksinin və Azərbaycanın şimal rayonlarının elektrik enerjisinin təminatının yaxşılaşdırılmasına hesablanıb.
Layihə çərçivəsində uzunluğu 30 km. olan 110 kilovoltluq kabel çəkiləcək. Kompleksin elektrik enerjisi təminatının yaxşılaşdırılması üçün "Quba" və "Xaçmaz" elektrik stansiyalarını birləşdiriəcək 40 km uzunluğunda 110 kilovoltluq kabel çəkiləcək.
Fin şirkətinin istehsalı olan "Wartsila" yeni elektrik stansiyası modul tipli olacaq. O, Bakı modul stansiyasının analoqudur.
Azərbaycanda ümumilikdə bu növdə beş stansiya tikilib. Hazırda Bakı yaxınlığında yerləşən Səngəçalda modul tipli yeni 300 meqavat güclü elektrik stansiyanın tikintisi gedir.