...

Qazaxıstanın "Samruk" SC -nin Direktorlar Şurası MMQ səhmlərinin alınması üzrə sövdələşməni təsdiq edib

Energetika Materials 23 Sentyabr 2008 16:56 (UTC +04:00)

Qazaxsıtan, Astana, 23 sentyabr/ Trend , müxbir K.Konırova/ "Qazaxıstanın dövlət aktivlərininin idarə edilməsi üzrə Holdinqi "Samruk"" SC - nin Direktorlar Şurası "Manqistaumunayqaz" (MMQ) SC - nin səhmlərinin 51% - nin əldə edilməsi üzrə sövdələşməni təsdiq edib. Bu barədə dövlət holdinqindən məlumat verilib.

"Holdinq və onun törəmə şirkəti "Kazmunayqaz" MŞ" tərəfindən əldə olunan səhm paketlərinin dövlət üçün strateji əhəmiyyəti nəzərə alınaraq, ilkin olaraq, sövdələşmənin reallaşdırıması üzrə ardıcıl strategiya qəbul olunub. Əsas aspektlərdən biri prosesə qiymətlərin cəlb edilməsi və birlik və sərfiyyat üzrə neft - qaz aktivləri və sövdələşmələrinin qiymətləndirilməsi sahəsində böyük təcrübəyə malik olan və etibar qazanan beynəlxalq Konsaltinq Şirkətlərinin cəlb edilməsindən ibarədir", - deyə mətbuat xidmətinin yayılan məlumatında bildirilir.

Hazırda MMQ Qazaxıstanda iri özəl neft - qaz şirkətlərindən biridir. Kəşfiyyat, ölkədə xam neft istehsalı onun əsas əməliyyatlarına daxildir. MMQ - nin illik istehsalı təqribən 5,7 mln. ton (2007-ci ildə) təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti