...

Xəzərin enerji daşıyıcılarının dünya bazarlarına çıxışı ABŞ - ın Fars körfəzi və Latın Amerikasının neftindən asılılığını zəiflədəcək

Energetika Materials 6 Oktyabr 2008 20:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ їXəzər hövzəsində enerji ehtiyatlarının hasilatı və infrastrukturun qurulması, bu qaynaqların beynəlxalq bazarlara çıxarılması ABŞ - ın Fars körfəzi və Latın Amerikası neftindən olan qlobal asılılığını azalda bilərї, - Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) İdarə Heyətinin sədri Ahmet Erentok їABŞ - Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinin inkişafında enerji təhlükəsizliyi və diasporun roluї adlı beynəlxalq konfransda bildirib.

їABŞ və digər Qərb ölkələri hazırda bu mənbələrin işlənməsi üçün milyardlarla dollar sərf edirlər, - Erentok bildirib. BTC neft və Bakı - Ərzurum qaz kəmərləri Qərb sərmayədarlarının diqqət mərkəzində olan əhəmiyyətli layihələrdəndirї.

Erentok Avro - Atlantik geoiqtisadi məkanında iqtisadi inteqrasiyanın artırılması və tamamlanması üçün ABŞ-Türkiyə - GUAM - Qazaxıstan formatında iqtisadi və enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın gücləndirilməsini; ticarətin əmtəə strukturunun diversifikasiyası, ticarət əməkdaşlığının yeni və potensial sahələrdə inkişaf etdirilməsini; ABŞ - Azərbaycan vətəndaş cəmiyyətləri arasında əlaqənin gücləndirilməsi üçün elmi mərkəzlər və lobbi təşkilatlarının birləşərək yeni platforma yaradılmasını təklif edib.

ATİB - in məlumatında bildirilir ki, konfransın keçirilməsində əsas məqsəd, Azərbaycanın Xəzər hövzəsi nemətlərinin mənbəyi və daşınması üçün tranzit ölkə olaraq həlledici mövqeyi, ABŞ - Azərbaycan strateji əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ABŞ siyasəti, ümumiyyətlə, Amerika cəmiyyətinin Azərbaycan diasporuna, ölkəmizə təqdim etdiyi imkanlar və s. olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti