...

Azərbaycanda Neft Muzeyi layihəsi seçilib

Energetika Materials 9 Oktyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend / Türkiyənin TOCA şirkətinin Azərbaycanda Neft Muzeyinin yaradılması üzrə konsepsiya layihəsi SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) tərəfindən keçirilən tenderin qalibi olub. Bu barədə şirkətin cümə axşamı yayılan məlumatında bildirilir.

Muzey Bakı şəhərinin Səbail rayonunda, "Azneft" İstehsalat Birliyinin "Bibiheybət" Neft - Qaz Çıxarma İdarəsinin ərazisində yerləşən neftdən təmizlənmiş və rekultivasiya edilmiş 45 ha-lıq sahədə yerləşəcək.

Layihə muzey kompleksinin açıq və qapalı zonalarının tikintisini nzərdə tutur.Açıq zonada sərgi qalereyaları, multipleks tipli kinozal, uşaq muzeyi və İnternet - klub, bir neçə kafe, suvenir mağazaları, iclas zalları, elmi - tədqiqat mərkəzi, kitabxana, ARDNŞ -nin mərkəzləşdirilmiş arxivi, qonaq evi yerləşəcək. Burada yeddi park, həmçinin, daha bir park və avtomobil dayanacağından ibarət olan kompleksin tikintisi planlaşdırılıb. Qapalı zonaya isə, muzeyin binası aiddir.

Yeni muzeyin tikintisi zamanı yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən konstruksiya, material və avadanlıqlar, yeni texnologiya və innovasiyalardan istifadə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti