...

"Azərenerji"qış mövsümünə hazırlaşır

Energetika Materials 10 Oktyabr 2008 19:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 oktyabr/ Trend / Azərbaycanın cənub regionunu elektrik enerjisi ilə təmin edən Astara elektrik stansiyasında (gücü 87 MVt) qış mövsümünə hazırlıq çərçivəsində beş aqreqata texniki xidmətin göstərilməsi üzrə iş aparılır, - cümə günü "Azərenerji"SC-nin yaydığı məlumatda deyilir. Stansiya 10 aqreqatdan ibarətdir.

Qış mövsümünə hazırlıq çərçivəsində enerji qovşağında 10 elektrik dirəyi quraşdırılıb, 600 izolyator dəyişdirilib və 1200 metrə yaxın elektrik kabeli çəkilib.

"Astara"yarımstansiyasında iki 110 kilovoltluq yağ açarı təmir edilib, - məlumatda deyilir.

"Boradigah"yarımstansiyasında 10 МВt güclü transformator quraşdırılıb.  

Xəbər lenti

Xəbər lenti