...

Azərbaycanda yeni neft - qaz terminalının tikintisi üzrə birinci fazanın başa çatdırılması müddəti dəqiqləşdirilib

Energetika Materials 30 Oktyabr 2008 16:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbirlər E.İsmayılov, İ.Xəlilova/

"Səngəçal - Qaradağ neft terminalı"nın tikinti layihəsinin birinici fazası 2009 - cu ilin üçüncü rübündə başa çatdırılacaq. Bu barədə "Azersun Holding"in prezidenti Abdulbari Goozal bildirib. Birinci fazanın reallaşdırılması terminal səhmdarlarının hesabına həyata keçiriləcək.

"Səngəçal - Qaradağ neft terminalı" QSC - nin kapitalına "Azersun Holding" və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən artıq 36 mln. dollar yatırılıb. Ümumi dəyəri 135 mln. dollar olan ləyihənin 100 mln. dollarının borc vəsaitləri hesabına cəlb edilməsi planlaşdırılır.

"İnkinci mərhələdə sindikatlaşdırılmış kreditin cəlb edilməsi planlaşdırılır. Bununla əlaqədar artıq müxtəlif xarici banklardan xeyli təklif gəlib. Lakin onlarla danışıqlar birinci faza başa çatdıqdan sonra davam etdiriləcək", - deyə Goozal bildirib.

Sindikatın təşkilatçısının Fransanın "Societe Generale" şirkətinin olacağı gözlənilir.

Goozalın sözlərinə görə, hazırda brinci faza çərçivəsində rezervuarlar tikilir, eskadalar isə artır tikilib. Hazırda dəmir yolu tikintisi üzrə işlər aparılı və artıq 11 km-dək yol üzrə müqavilə bağlanıb.

Layihədə əsas operator "Qafqaztransservis" şirkətidir (Azersun Holding qrupuna daxildir). AİŞ və "Qafqaztransservis" arasında imzalanmış müqaviləyə əsasən, şirkət yatırılmış vəsaitlərin hesabına QSC-nin Nizamnamə kapitalının 25 faizini əldə edib. İnvestisiya Şirkəti AİŞ Müşahidə Şurasının 2007-ci il 29 iyun tarixli qərarına müvafiq olaraq, $9 mln. yatıracaq.

Terminalın aşırma gücü ilkin mərhələdə 6 mln. ton, növbəti iki mərhələdə bu həcm 7 mln.tonadək artırılacaq və 20 mln.ton neftə çatdırılacaq.

Layihənin ikinci fazası birincinin başa çatmasından sonra üç il ərzində, üçüncü isə 2012-ci ildə reallaşdırılacaq. İkinci mərhələ yanalma körpülərinin tikintisini, əsasən, Qazaxıstan, Türkmənistandan olan neft tədarükçüləri ilə müqavilələrin bağlanılmasını nəzərdə tutur. Holdinq rəhbərinin sözlərinə görə, terminalvasitəsilə, əsasən (60 faiz), Qazaxıstan neftinin aşırması həyata keçiriləcək.

Qaradağ terminalı məhdud növdə, lakin böyük həcmli məhsulların (kondensat və neft) qəbulu üçün nəzərdə tutulacaq. Bu terminal vasitəsilə Kaşağan yatağından hasil edilən xam neftin qəbulu da nəzərdə tutulur. Neft Qara dəniz sahilindəki terminallara və Bakı - Tbilisi - Ceyhan neft kəməri ilə Ceyhan limanına nəql ediləcək. Kaşağandan neftin 2013 - cü ildən tez olmayaraq alınacağı gözlənilir. Bu dövr ərzində gəmiqayırma istehsalı inkişaf etdirilə, böyük tutumlu gəmilər sifariş edilə bilər ki, bu, Azərbaycana regionda daşınmaların keçirilməsi üçün lazımdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti