...

Avropaya qaz ixracı birgə tranzit sazişlərinin bağlanmasını tələb edir – amerikalı ekspert

Energetika Materials 31 Oktyabr 2008 13:27 (UTC +04:00)

Macarıstan, Budapeşt, 31 oktyabr / , müxbir S.Əliyev/ Avropaya, o cümlədən Azərbaycandan təbii qaz tədarükü üzrə yeni layihlər, tranzit şərtləri müasirləşdirilməzsə həyata keçirilməyə bilər. Bu barədə Amerikanın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin energetika üzrə böyük eksperti Edvard Çou (Edward Chow) hesab edir.

"Yeni regionlardan Avropaya qaz nəqli üçün birgə tranzit layihələrinin bağlanması lazımdır. İndi həm regionda, həmdə onun hüdudlarından kənarda Avropaya qaz tranzitində çətinliklər var", - Trend -ın görüşlərdə iştirak edən müxbirinin verdiyi xəbərə görə, bu barədə Budapeştdə keçirilən III Enerji forumunda Çou bildirib.

Çou enerji daşıyıcılarının nəqli zamanı svop əməliyyatlarında defisitin olmasını əsas problem adlandırıb.

"Bununla yanaşı, neft satışının bazar aspektləri əks olunmur, xüsusilə də, qaz nəqli sahəsində tariflərin hesablanması metodologiyası tam aydın deyil. Enerji daşıyıcılarının nəqli üçün nəqliyyat xətlərinə giriş şərtləri tam aydın deyil", - deyə Çou bildirib.

Çou problemlərin həllini Avropaya qaz tədarükü üçün yeni tranzit layihələrinin bağlanmasında görür.

Budapeştdə keçirilən Enerji forumu "Şərq Araşdırmalar İnstitutu" Fondu tərəfindən təşkil olunub. Foruma informasiya dəstəyi Trend ə məxsusdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti