...

Azərbaycanda neft ehtiyatları 2,5 dəfə arta bilər - nazir

Energetika Materials 13 Noyabr 2008 17:14 (UTC +04:00)
Azərbaycanda neft ehtiyatları 2,5 dəfə arta bilər - nazir

Azərbaycan, Bakı, 13 noyabr/ Trend , müxbir S.Əliyev/ "Əlavə kəşfiyyat işləri aparılan zaman Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları hazırki 2 mlrd. bareldən beş mlrd. barelədək arta bilər", - Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev cümə axşamı bildirib.

Onun sözlərinə görə, yaxın dörd ildə Azərbaycan təxminən 208 mln. ton neft ixrac edəcək.

"Azərbaycan əməkdaşlığa hazırdır və energetika üzrə regionda aparıcı ölkədir. Azərbaycan regionda Avropanın enerji təhlükəsizliyini təmin etməyə imkan verən əksər layihələri dəstəkləyir", - nazir bildirib.

Hazırda Bakıda dünyanın 22 ölkəsinin enerji idarələrinin görüşü keçirilir. Tərəflər Asiya-Qafqaz-Avropa dəhlizinin yaradılması məsələsini də müzakirə etmək niyyətindədirlər. Görüşün yekunları üzrə bəyannamə imzalanacaq.

Xəbər lenti

Xəbər lenti