Azərbaycan, Bakı, 17 noyabr/ Trend / 2008-ci ilin yanvar-sentyabrında quru və dənizdə əməliyyatların aparılması üçün Azərbaycana 166,8 min ton müxtəlif metal boru idxal edilib ki, bu da ötən ilin yanvar-sentyabrı ilə müqayisədə 9 faiz azdır.
Dövlət Statistika Komitəsindən bildirblər ki, göstərilən dövr ərzində idxal edilən boruların dəyəri $213 mln.-dan çox olub ki, bu da 2007-ci ilin analoji dövrü ilə müqayisədə 18,1 faiz azdır.