Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir E.İsmayılov/ SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) sutkalıq neft hasilatı təxminən 23,6 min ton təşkil edir, - SOCAR-dan çərşənbə günü bildiriblər.
SOCAR-ın qaz hasilatı 21,4 mln. kubmetr təşkil edir, - mənbə bildirib..
SOCAR-ın İnternet saytında yerləşdirilmiş məlumatlara əsasən, yanvar-sentyabrda Azərbaycanın Dövlət Neft Şirkəti, əməliyyat şirkətləri (ƏŞ) və birgə müəssisələr (BM) ölkənin offşor və onşor yataqlarından təxminən 47,8 mln. barel neft (təxminən 6,5 mln. ton) hasil ediblər.
Proqnoza əsasən, cari ildə SOCAR, ƏŞ və BM 64 mln. barel neft (8,7 mln. ton) hasil edəcəklər. Bu həcmdən 55 mln. barel (7,4 mln. ton) SOCAR-ın neft-qaz çıxarma idarələri, 9 mln. barel (1,3 mln. ton) BM və ƏŞ-in payına düşəcək.
Yanvar-sentyabrda SOCAR, BM və ƏŞ - in qaz hasilatı təxminən 5,8 mlrd. kubmetr təşkil edib ki, bu da 2007 - ci ildən 1,5 mln. kubmetrdən çoxdur.
Proqnoza əsasən, 2008 - ci ildə SOCAR NQÇİ 7,850 mlrd. kubmetr, BM və ƏŞ 150 mln. kubmetr qaz hasil edəcəklər.
Azərbaycanda, 18-i dənizdə, qalanı isə. quruda yerləşən 57 neft-qaz yatağı var. Bu gün SOCAR-ın əməkdaşlarının sayı təxminən 63 min nəfərdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]