...

ABŞ 2009 - cu ildə Amerika neftinin qiymət proqnozlarını azaldıb

Energetika Materials 10 Dekabr 2008 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ -ın Dövlət Enerji İnformasiyaları İdarəsi (EIA) 2009 - cu ildə Amerikanın WTI markalı neftinin qiymətini bir barel üçün 51 dollar səviyyəsində proqnozlaşdrır.

2008 - ci ildə WTI-nin dəyəri, orta hesabla, bir barelə görə 100 dollar təşkil edəcək.

EIA-nın məruzəsində bildirilir ki, dünya maliyyə böhranı əvvəllər proqnozlaşdırıldığından daha güclü və davamlı olacaq ki, bu da həm neftə olan dünya tələbatı, həm də enerji daşıyıcıları qiymətləri üzrə proqnozların düşməsində öz əksini tapıb.

EIA 2009-cu ildə dünya neft tələbatının sutkada 450 min barel azalaraq 85,3 mln. barelə enəcəyini proqnozlaşdırır. 2008 -ci ildə bu tələbat, 2007-ci illə müqayisdə sutkada 50 min barel azalaraq, 85,75 mln. barelə enəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti