...

Azərbaycan neftinin qiyməti: 15 - 19 dekabr həftəsinin yekunları

Energetika Materials 22 Dekabr 2008 13:22 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 15 - 19 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir A.Bədəlova/ 15 -19 dekabr həftəsində Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından Azərbaycanın satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $45,14/barr. təşkil edib. Bu, ötən həftənin orta qiymətindən $1,81/barr çoxdur.

15 - 19 dekabr həftəsində AZERI LT neftinin maksimal qiyməti $48,2/barr, minimal qiyməti $43,26/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14% -dir.

15 - 19 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $39,9/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,43/barr çoxdur.

15 - 19 dekabr həftəsində URALS neftinin maksimal qiyməti $43,12/barr, minimal qiymət isə $38,2/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3% - dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

15 - 19 dekabr həftəsində Brent Dated neftinin orta qiyməti $42,27/barr təşkil edib - ötən həftənin orta qiymətindən $1,08/barr çox.

Ötən həftə Brent neftinin maksimal qiyməti $45,88/barr, minimal qiyməti $39,97/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36% - dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti