...

Rusiya Azərbaycanın satacağı qədər qaz almağa hazırdır – "Qazprom" ASC

Energetika Materials 24 Dekabr 2008 19:58 (UTC +04:00)
Rusiya Azərbaycanın satacağı qədər qaz almağa hazırdır – "Qazprom" ASC

Rusiya, Moskva, 24 dekabr/ Trend , müxbir R.Ağayev/ Rusiya Azərbaycandan ölkənin RF-yə satmağa hazır olduğu bütün qaz həcmlərini almağa hazırdır, - Qazprom ASC-nin rəsmi nümayəndəsi Sergey Kupriyanov çərşənbə günü Moskvada mətbuat konfransında bildirib.

Qazprom Azərbaycan qazının alınması barədə təklifi maraqlı hesab edir, - Kupriyanov deyib.

RF və Azərbaycanın əvvəllər infrastrukturunun olması layihənin realizəsini asanlaşdırır, - o hesab edir. Əvvəllər bu infrastrukturla Rusiya qazı Azərbaycana ixrac edilirdi.

Azərbaycan qazının ixracının başlayacağı dəqiq tarix hələ məlum deyil, - Kupriyanov deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti