...

Avropa Rusiya və Ukraynanı qaz tədarükü ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır

Energetika Materials 7 Yanvar 2009 14:20 (UTC +04:00)
Avropa Rusiya və Ukraynanı qaz tədarükü ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırır

Azərbaycan, Bakı, 07 yanvar/ , müxbir Y.Ostapenko/ Avropa Qaz Sənayesi Təşkilatının (Avroqaz) nümayəndələri və Avropa İttifaqının energetika üzrə komissarı Andris Piebalqs dünən keçirilən görüşdə Avropaya qaz tədarükünün dərhal bərpa olunması üçün Rusiya və Ukraynanı müqavilə üzrə tədarükləri yerinə yetirməyə və tranzit öhdəliklərinə riayət etməyə çağırıb. Bu barədə "Avroqaz" və Avropa Komissiyasının birgə bəyanatında bildirilir.

"Hər iki tərəf bu fikir ayrılığından yarana biləcək zərər və mənfi nəticələr barədə xəbərdar edilməlidir. Bu mühüm problemin həlli ilə yanaşı, gələcəkdə fikir ayrılığı riskinə yol verməmək üçün uzunmüddətli razılığa gəlmək lazımdır", - bəyanatda deyilir.

2009-cu ildə müqavilənin bağlanmaması səbəbindən "Qazprom" yanvarın 1-dən Ukraynaya qaz tədarükünü dayandırıb. Bundan sonra "Qazprom" nümayəndələrinin bəyan ediblər ki, Ukrayna üçüncü ölkəyə ixrac üçün nəzərdə tutulan qazın bir qismini qanunsuz mənimsəməyə başlayıb. Bunun nəticəsində avropalı istehlakçılar ötən sutkalarda 60 mln. kubmetr həcmində qazı ala bilməyiblər.

Rusiya qazının Bolqarıstan, Bosniya, Xorvatiya, Makedoniya, Serbiya, Macarıstan, Türkiyə və Yunanıstana Ukrayna vasitəsilə tədarükü dayandırılıb.

"Avroqaz" 2030-cu ildə Avropa İttifaqının qaza olan tələbatının 2005-ci ilin qeydə alınan 438 mln. ton neft ekvivalentindən 43 faiz artaraq 625 mln. tona çatacağını proqnozlaşdırır.

"Avroqaz"ın "Uzunmuddətli tələbat perspektivləri və 2030-cu ilədək qaz tədarükü" adlı məruzəsində bildirilir ki, qaza daha çox tələbat artımı 2030-cu ildə, 2005-ci ildəki 123 mln. barel neft ekvivalentindən 239 mln. ton neft ekvivalentinədək artacaq enerji istehsalı hesabına müşahidə olunacaq.

2030-cu ilədək Avropanın qaza tələbatı 43 faiz artdığı zaman daxili istehsal aşağı düşəcək. Bu gün Avropada (Norveç də daxil olmaqla) qaz istehsalı Aİ bazarlarına tədarükün 59 faizini təşkil edir. "Avroqaz"ın gözləntilərinə görə, yanacaq istehsalı üçdə bir dəfə, 2030-cu ilədək dörddə bir dəfə azalacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti