...

Avropanın qaz təhlükəsizliyinin Rusiya və Ukrayna arasında danışıqlardan asılı olması yolverilməzdir – Avropa Komissiyasının prezidenti

Energetika Materials 7 Yanvar 2009 17:54 (UTC +04:00)

Belçika, Brüssel, 07 yanvar / Trend , müxbir A.İsmayılova/

Rusiya və Ukrayna Aİ-yə qaz tədarükünə etibarlı zəmanətin təmin edilməsi üçün dayanıqlı və uzunmüddətli həll tapmalıdırlar, - Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu çərşənbə günü Rusiya və Ukraynanın Baş nazirləri Vladimir Putin və Yuliya Timoşenko ilə telefon danışığı zamanı bəyan edib. O, "Rusiya və Ukraynanın Avropaya qaz ixracını tam həcmdə dərhal bərpa etməli olduqlarına" təkid edib.
 Barrozu, Aİ - yə qaz ixracının təhlükəsizliyinin "Rusiya və Ukrayna arasında danışıqların əsiri olması" faktının yolverilməzliyini Baş nazirlərin diqqətinə çatdırıb. Barrozunun rəyinə görə, bu ölkələrin etibarlı tərəfdaş kimi reputasiyası  indi şübhə doğurur.

2009 - cu il üçün müqavilə bağlanılmadığından, Rusiyanın "Qazprom" qaz Holdinqi yanvarın 1-dən Ukraynaya qaz ixracını dayandırıb. "Qazprom" nümayəndələrinin sözlərinə görə, bundan sonra Ukrayna üçüncü ölkələrə ixrac üçün nəzərdə tutulmuş qazı qeyri - qanuni şəkildə mənimsəməyə başlayıb, nəticədə, avropalı istehlakçılar ötən sutkalar ərzində 60 mln. kubmetr qaz almayıblar.

Rusiya qazının Ukrayna ərazisi vasitəsilə Bolqarıstan, Bosniya, Xorvatiya, Makedoniya, Serbiya, Macarıstan, Türkiyə və Yunanıstana ixracı dayandırılıb. Havaların  Avropa üçün  xarakterik olmayan mənfi 30 dərəcəyədək   soyuması vəziyyəti daha da çətinləşdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:  [email protected]

Xəbər lenti

Xəbər lenti