...

Bakıda qaz partlayışları əhalinin qeyri-standart istilik cihazlarından istifadəsi ilə bağlıdır – "Azəriqaz"ın rəhbəri (video)

Energetika Materials 23 Yanvar 2009 13:06 (UTC +04:00)
Bakıda qaz partlayışları əhalinin qeyri-standart istilik cihazlarından istifadəsi ilə bağlıdır – "Azəriqaz"ın rəhbəri (video)

Azərbaycan, Bakı, 23 yanvar/ Trend , müxbir E.İsmayılov/ Son vaxtlar Bakıda baş verən qaz partlayışları və qazın sızması hallarının əsas səbəbi binalarda istilik sisteminin olmaması ilə bağlıdır ki, bu da əhalini standartlara uyğun olmayan qaz cihazlarından istifadə etməyə məcbur edir, - "Azəriqaz" QSC-nin rəhbəri Əlixan Məlikov cümə günü mətbuat konfransında bildirib.

"Panel evlərdə istilik qaz cihazlarından istifadə qəti qadağandır", - Məlikov deyib.

Onun sözlərinə görə, "Azəriqaz" binaların istilik sistemi ilə təmin edilməsi prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycanın Nazirlər Kabinetinə müraciət edib.

Soyuqların düşməsi ilə Bakıda çox sayda insanın həlak olmasına səbəb olmuş məişət qazı partlayışlarının sayı artıb. Paytaxtda sonuncu hadisə yanvarın 16-da baş verib. Cavadxan küçəsi 30 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayış bir girişin dörd və beşinci mərtəbələrini dağıdıb. Hadisə nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb.

"Bakqaz" İstehsalat Birliyinin rəhbəri Tahir Əliyev də cümə axşamı keçirilən mətbuat konfransında bildirib ki, panel binalarda qaz cihazlarından istilik məqsədilə istifadə qəti surətdə qadağandır, şəxsi evlərdə isə bu, müvafiq istifadə normalarına riayət etmək şərtilə mümkündür.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti