Belçika, Brüssel, 04 fevral/ Trend , müxbir A.İsmayılova/ Avropa Parlamenti martın 19-20-də Avropa İttifaqı rəhbərlərinin görüşündə müzakirə olunacaq Avropanın gələcək enerji strategiyası üzrə layihəni qəbul edib.
Layihə səs çoxluğu ilə (406 səs) dəstəklənib, 168 nəfər layihənin əleyhinə çıxış edib, 87 nəfər isə bitərəf qalıb. Layihə Avropa İttifaqına üzv ölkələr tərəfindən atom enerjisi üzrə planın hazırlanması və 2050-ci ilədək nail olunması nəzərdə tutulan yeni "iqlim" məqsədlərinin müəyyənləşdirilməsini, o cümlədən istixanalarda qazdan istifadənin 80 faizədək azaldılmasını nəzərdə tutur.
Sənəddə bildirilir ki, qışda Aİ-nin bir çox vətəndaşlarını istiliksiz qoyan Ukrayna və Rusiya arasında bu yaxınlarda baş verən qaz böhranının nəticəsi olaraq, "Mərkəzi və Cənub-Şərqi Avropa vasitəsilə şimal-cənub oxu üzrə qarşılıqlı elektrik əlaqələri" inkişaf etdirliməlidir.
Avropa parlamentariləri hesab edirlər ki, Köhnə Dünyanın istifadə olunan enerjinin 50 faizini idxal etməsi faktı və 2030-cu ilədək bu göstəricinin 70 faizədək artma ehtimalı nəzərə alınmaqla, Aİ, Rusiya və Ukrayna arasında qaz tədarükü təhlükəsizliyi üzrə üçtərəfli saziş imzalanmalıdır.
Avropa Parlamenti Nabucco, TGI (Türkiyə-Yunanıstan-İtaliya) və "Cənub axını" layihələrini dəstəklədiyini bəyan edir.
"Xəzər regionunun Özbəkistan, İran kimi ölkələri Avropaya enerji tədarüklərinə dəstək göstərməlidir", - deyə Avropa Parlamentinin hesabatında bildirilir.
Parlamentarilər hazırda Şimal dənizində külək enerjisi və atom enerjisi ilə bağlı layihələri dəstəkləməyi qarşılarına məqsəd qoyublar.
Məqalə müəlliıfi ilə əlaqə ünvanı - [email protected]