...

Yanvarda Azərbaycanda neft koksu istehsalı azalıb

Energetika Materials 10 Fevral 2009 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral / Trend / Yanvarda SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) tərkibinə daxil olan "Heydər Əliyev adına" Bakı neft emalı zavodunda (Keçmiş "Azneftyanacaq") 2008-ci ilin analoji dövründə qeydə alınan 0,95 min ton göstəriciyə nisbətdə 0,14 min ton neft koksu istehsal olunub. Bu barədə SOCAR-dan bildiriblər.

2008-ci ildə Bakı neft emalı zavodu tərəfindən 168,93 min ton koks istehsal olunub. 2007-ci ildə bu göstərici 84,74 min ton təşkil edib.

2006-cı ildə 67,24 min ton koks istehsal olnub. 2005-ci ildə müəssisədə koks istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçıları Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti