...

Çexiyanın Baş naziri Bakıya gəlib

Energetika Materials 13 Fevral 2009 15:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir А.Bədəlova/ Avropa İttifaqında sədrlik edən Çexiyanın Baş naziri, Mərkəzi Asiya ölkələrinə səfərdə olan Mirek Topolanek səfəri çərçivəsində Bakıya gəlib.

Topolanek Bakıda Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Görüşlərin gedişində Aİ ilə əməkdaşlıq çərçivəsində siyasi və iqtisadi məsələlərin müzakirəsi gözlənilir.

Çexiyanın Baş naziri bu gün artıq Türkmənistan hökuməti ilə danışıqlar aparıb. Dünən isə onun Qazaxıstan rəhbərliyi ilə görüşü keçirilib.

Aİ nümayəndələri ilə Xəzər hövzəsi ölkələri arasında enerji məsələləri üzrə danışıqlar, bu ilin əvvəlində baş vermiş Rusiya-Ukrayna "qaz böhranı"ndan sonra daha aktual xarakter alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti