...

SOCAR şirkəti geoloji və neft-mədən verilənlərin korporativ bazasının yaradılması çərçivəsində tender elan edib

Energetika Materials 18 Fevral 2009 16:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend / SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) geoloji və neft-mədən verilənlərin korporativ bazasının yaradılması çərçivəsində tender elan edib. Bu barədə SOCAR-ın məlumatında bildirilir.

Tender məlumat bazasının yaradılması üçün proqram təminatının alınmasını, onun quraşdırılmasını və sistemə qoşulmasını, SOCAR personalı üçün treninqlərin təşkil olunmasını, pilot verilənlər bazasının yüklənməsi və proqram təminatına dəstək sistemini nəzərdə tutur.

Tenderin əsas şərtlər toplusu Azərbaycan və ingilis dillərində hazırlanıb. İddiaçılar əsas şərtlər toplusunu və əlavə məlumat əldə etmək üçün aşağıdakı əlaqələndirici şəxsə müraciət edə bilərlər:

Vidadi Əhmədov

ARDNŞ, İnformasiya texnologiyaları şöbəsi

Neftçilər prospekti 73, Bakı, Azərbaycan

Tel  : + 99 412 497-03-78

Faks: + 99 412  497-42-31

Email:  [email protected]

və ya

Kamil Valiyev

ARDNŞ,  Hüquq idarəsi

Neftçilər prospekti 73, Bakı, Azərbaycan

Tel  : + 99 412 404-36-36 

Fax: + 99 412  492-16-21

Email:   [email protected]

İddiaçılar tenderdə iştirak etmək üçün iştirak barədə müraciət və digər sənədləri tender təklifi ilə birlikdə mayın 18-də saat 17:00-dan gec olmayaraq təqdim etməlidirlər.

Tender təklifləri və digər sənədlər Azərbaycan və ingilis dillərində üç nüsxədə SOCAR-ın İnformasiya texnologiyaları şöbəsinə (Neftçilər prospekti,73 ünvanı üzrə) təqdim edilməlidir.

Tender təklifləri mayın 19-da açılacaq.

Tender təkliflərinin qiymətləndirilməsində qiymət, keyfiyyət, analoji işlərdə təcrübə, təklif olunan metodologiya və yanaşma, işçi heyətinin təcrübəsi kimi meyarlara üstünlük veriləcək.

Xəbər lenti

Xəbər lenti