...

BP şirkəti Xəzər dənizindəki kəşfiyyat quyularından birini bağlayacaq

Energetika Materials 5 May 2009 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir E.İsmayılov /

ВР ("Şahdəniz" layihəsinin texniki operatoru) şirkəti bu il yayın sonuna qədər Xəzərin Azərbaycan sektorunda layihənin işlənilməsinin birinci mərhələsi çərçivəsində qazılmış kəşfiyyat quyusunu bağlayacaq", - neft-qaz bazarındakı mənbə çərşənbə axşamı deyib.

"Quyunu avqusta qədər konservasiya etmək planlaşdırılır. Ola bilər ki, bu iş iyulda, ya da bir qədər gec həyata keçirilsin", - mənbə bildirib.

Mənbənin sözlərinə görə, hazırda bu quyunun işlənilməsi müvafiq dərinlik avadanlığının olmaması səbəbindən mümkün deyil. "İki-üç ildən sonra lazımi avadanlıq olarsa, bu iş yenidən həyata keçirilə bilər", - mənbə qeyd edib.

Hazırda "Şahdəniz" yatağından sutkada 21-22 milyon kubmetr qaz hasil edilir. Yataqda eyni zamanda beş quyu işləyəndə bu rəqəm 27-28 milyon kubmetrə çatdırıla bilər.

2009-cu ildə bu yataqdan 9 milyard kubmetrə yaxın qaz hasil etmək planlaşdırılır.

"Şahdəniz" layihəsinin işlənilməsi barədə razılaşma 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) - 25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti