...

Praqada keçirilən sammit Aİ ilə Rusiya arasında mövcud olan sazişi şübhə altına salmayacaq – Avropa Komissiyasının sədri

Energetika Materials 8 May 2009 18:03 (UTC +04:00)

Çexiya, Praqa, 08 may / Trend , xüsusi müxbir M.Xulpaxova /

Praqada keçirilən və "Cənub dəhlizi"nə həsr olunan sammit Avropa İttifaqı ilə Rusiya arasında mövcud olan sazişi şübhə altına salmayacaq. Bu barədə görüşün yekunu üzrə keçirilən mətbuat kofransında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu bildirib.

"Biz yalnız enerji tədarükü marşrutlarının şaxələndirilməsini istəyirik", - deyə Barrozu bildirib.

Bu gün Praqada keçirilən sammitin yekununda onun iştirakçıları arasında bəyannamə imzalanıb. "Cənub dəhlizi" və onun tərkib hissəsi olan "Nabukko" layihəsinə siyasi dəstəyin göstərilməsi bəyannamədə öz əksini tapıb.

Avropa İttifaqı Şurasının sədri Mirek Topolanek mətbuat konfransında bildirib ki, "Nabukko" qaz kəmərinin inşası yolunda aradan qaldırılmalı olan maneələr qalmaqdadır.

"Avropaya alternativ resurslar, həmçinin alternativ marşrutlar lazımdır", - deyə Topolanek bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti