...

SOCAR dünyanın müxtəlif regionlarının neft-kimya bazarlarında iştirak imkanlarını nəzərdən keçirir

Energetika Materials 23 May 2009 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müx E.İsmayılov /

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) dünyanın bəzi regionlarının neft-kimya bazarlarını öyrənir, SOCAR-ın yüksək vəzifəli nümayəndəsi şirkətin Cənub Şərqi Avropa üzrə xüsusi neft-kimya strategiyasının hazırlanması imknlarını şərh edərkən bildirib.

"Şirkət Avropanın neft-kimya bazarını, o cümlədən Şərqi və Cənub Şərqi Avropanı, həmçinin Səudiyyə Ərəbistanını nəzərdən keçirir, Cənub Şərqi Asiyadan hindlilər və iranlılarla danışıqlar aparılır. Təbii olaraq bu, qlobal bazardır və biz bütün regionları gözdən keçiririk", - mənbə bildirib. SOCAR daha uyğun, iqtisadi və komersiya baxımından sərfəli variantları nəzərdən keçirir.

SOCAR/Turcas Petrol/Injaz Projects şirkətləri alyansı Petkim kimya konserninin səhm paketinin 51 faizinin satışı üzrə tenderin qalibi olub. Alyans səhm payına görə 2,04 mlrd. dollar təklif edib.

Hazırda Türkiyə tələb olunan kimya məhsullarının 70-75 faizini idxal edir, SOCAR/Turcas/Injaz-ın Petkim-in inkişafına yatırdığı sərmayələr isə məhsul idxalının 30 faizədək azaldılmasına imkan verir.

Petkim Petrokimya Holding plastik qablar, parçalar, yuyucu vasitələr, polivinilxlorid istehsal edir. Bu istehsalat üzrə o, Türkiyədə yeganə şirkətdir və məhsullarının dörddə bir hissəsini ixrac edir.

SOCAR 2015-ci ilə qədər şirkətin gəlirlərinin həcmini cari 1,9 miyard dollardan 4 milyard dollara qədər artırmaq niyyətindədir. Hazırda holdinqin istehsalat gücü 3,2 milyon ton təşkil edir. 2015-ci ilə qədər bu göstərici 6,3 milyon tona qədər artacaq. Cari dövrdəTürkiyənin neft-kimya məhsullarına tələbatı 6,1 milyard dollar təşkil edir və bu tələbat hər il 11-12 faiz artacaq. Hazırda Petkim-in Türkiyə bazarında istehsalatı 25 faiz təşkil edir.

Gələcəkdə həyata keçirilməsi planlaşdırılan tədbirlər nəticəsində, Petkim neft-kimya kompleksi tərəfindən istehsal edilən məhsullar Türkiyə bazarının 40 faizini təşkil edəcək.

Məqalə müəllifi ilə əlaqə: [email protected]

Xəbər lenti

Xəbər lenti