...

Azərbaycan neftinin qiyməti: 25-29 may həftəsinin yekunları

Energetika Materials 1 İyun 2009 15:06 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 25-29 may həftəsinin yekunları

Azərbaycan, Bakı, 01 iyun / Trend , müxbir A.Bədəlova /

25-29 may həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $63,81/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,97/barr çoxdur.

25-29 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $67,21/barr, minimal qiyməti isə $60,9/barr təşkil edib.

Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

25-29 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $60,96/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $4,09/barr çoxdur.

25-29 may həftəsində URALS neftinin maksimal qiyməti $63,84/barr, minimal qiymət isə $58,14/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

25-29 may həftəsində Brent Dated neftinin orta qiyməti $61,54/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,77/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $64,92/barr, minimal qiymət isə $58,52/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti