...

SOCAR yanvar-may aylarında 80 min metr quyu qazıb

Energetika Materials 5 İyun 2009 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun / Trend /

"SOCAR (birgə müəssislər və əməliyyat şirkətləri istinsa olmaqla) yanvar-may aylarında 80 109 metr quyu-qazma işi aparıb. Ötən ilin analoji dövründə bu rəqəm 87 832 metr olub", - SOCAR-ın məlumatında deyilir.

İşlərin ümumi həcminin 79 879 metri istismar, 230 metri isə kəşfiyyat qazmalarının payına düşüb.

Mayda SOCAR 14 968 metr qazma işi aparıb ki, onun da 14 873 metri istismar qazmalarının payına düşüb.

2008-ci ildə SOCAR ümumilikdə 202 954 metr həcmində qazma işi aparıb. 2007-ci ildə bu rəqəm 190 376 metrə bərabər olub.

Xəbər lenti

Xəbər lenti