...

Azərbaycanda elektrik enerjisinin istehlakı əhəmiyyətli dərəcədə azalıb

Energetika Materials 29 İyun 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyun / Trend / 

Azərbaycanda yanvar-may aylarında "Azərenerji" SC-yə (ölkədə elektrik enerjisinin ən böyük istehsalçısı) daxil olan müəssisələrdə istehsal olunan 1,7 milyard kilovat/saat elektrik enerjisi istifadə edilib. Bu göstərici ötən ilin analoji dövründə 2,2 milyard kilovat/saat təşkil edib. Bu barədə SC tərəfindən bazar ertəsi yayılmış məlumatda deyilir.

Məlumatda deyildiyi kimi, elektrik enerjisi istifadəsi üzrə beş ay ərzindəki yığımlar 84 faiz təşkil edib ki, bu da ötən ilin göstəricisindən yeddi faiz çoxdur.

May ayında ölkədə istifadə olunan elektrik enerjisi 330,6 milyon kilovat/saat təşkil edib. Bu göstərici 2008-ci ilin may ayında 386,3 milyon kilovat/saat təşkil edib. May ayında istifadə olunmuş elektrik enerjisi üzrə ödənişlər 93 faiz təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 77,7 faiz təşkil edib.  

Xəbər lenti

Xəbər lenti