Azərbaycan, Bakı, 1 iyul / Trend /
ARDNŞ Qaradağ yeraltı qaz anbarında apardığı tədqiqat zamanı əldə edilmiş seysmik məlumatın şərhini başa çatdirıb və bu yatağın yeni modelini hazırlayib. Bu barədə şirkətdən xəbər verilib. Hazırda bu qaz anbarında qazsaxlama üzrə tutumun artırılması üzrə işlər görülür.
Hazırda qaz anbarında 160 atmosfr təzyiq ilə sutkada yeddi milyon kub metr qaz gücü ilə işləyən yeni kompressorlar quraşdırılır.
ARDNŞ-nin "Neft qaz tikinti" institutunun hazırladığı texniki-iqtisadi əsaslanmaya görə, Qaradağ yeraltı qaz anbarının işlək həcminin artırılmasının ümumi dəyəri 75 milyon manat təşkil edir.
Qaz anbarının genişləndirilməsi iki mərhələdə nəzərdə tutulur. Birinci mərhələ onun işlək həcminin hazırki 500 milyon kub metr əvəzinə 1,4 milyard kub metr artırılmasını təmin edir.
Qaz anbarının genişləndirilməsinin ilk mərhələsinin ümumi dəyəri 48,3 milyon manat təşkil edir. Faktiki xərclərin miqdarı isə 32,1 milyon dəyərindədir. Birinci mərhələ üzrə qalıq 16,2 milyon manat təşkil edır.
Birinci İlk mərhələ çərçivəsində qaz anbarına vurulan qazın həcminin sutkada 7 milyon kub metrə qədər çatdırılması nəzərdə tutulur. Bu işlərin qaz anbarında kompressor stansiyasının tikilməsi hesabına həyata keçirilməsi planlaşdırılır.
ARDNŞ-nin qeologiya, qeofizika və yataqların hazırlanması məsələləri üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin əvvəllər dediyinə görə, qaz anbarının genişləndirilməsinin birinci mərhələsi çərçivəsində işlərin 2010-cu ilin qazçıxarma mövsümünün əvvəlinə kimi (mart-aprel ) bitirilməsi nəzərdə tutulur.
Artıq 22 quyu təmir edilib və 32 quyuda qazpaylama məntəqəsi tikilib. Rəsmi məlumatlara görə, 52 kilometrdən artiq boru kəməri tikilib.
Qaz anbarının genişləndirilməsinin ikinci mərhələsi çərçivəsndə onun işlək həcminin 2,3 milyard kub metrə qədər artırılması nəzərdə tutulur. İkinci mərhələ ilə bağlı işlər birinci mərhələ bitən kimi başlayacaq.
Azərbaycanda cəmi iki yeraltı qaz anbarı var, bunlardan ikincisi Kalmaz anbarıdır. Bu anbarın işlək gücü 1,1 milyard kub metrdir.
Yeraltı qaz anbarları Azərbaycan üçün qaz artıqlarının yayda saxlanması və qışda istifadəsi üçün vacibdir.
2008-2009-cu illər ərzində payız-qış mövsümündə yeraltı qaz anbarına 1,4 milyard kub metr qaz vurulmuşdur. 2009-2010-cu il payız-qış mövsümü üçün qaz anbarına qaz vurulması prosesi artıq başlanıb. Bu il yeralti qaz anbarına təxminən 1,4-1,5 milyard kub metr qaz vurmaq planlaşdırılır.
Məqalə müəllifi ilə əlaqə: [email protected]